Ukraynayönümlü etirazçılar ailəsi ilə birlikdə xizək istirhət mərkəzinə gələn ABŞ-ın vitse-prezidenti Vensin istirahətini pozublar.Nəticədə Vens planlarını dəyişmək məcburiyyətində qalıb. Bu barədə öz mənbələrinə istinadən Fox News telekanalı məlumat yayıb. Belə ki,Vens həftə sonunu Vermontdakı xizək istirahət mərkəzində keçirməyi planlaşdırıb, lakin onun korteji Ukraynaya yardımın davam etdirilməsini dəstəkləyənlər və ABŞ prezidenti Donald Trampın siyasətinə qarşı çıxanlar aksiyaçılar tərəfindən qarşılanıb. “Novaya qazeta Avropa” tədbirin təşkilatçılarının dediyinə istinad edərək aksiyada üç minə yaxın adam iştirak etdiyini xəbər verib. Aksiya iştirakcıları Vensi “nasizm”də, “xəyanət”də ittiham edərək, onu Rusiyaya istirahətə getməyə çağırıblar. Nəticədə Vitse-prezident ailəsinin xizək sürməyi planlaşdırdığı yamacı dəyişmək məcburiyyətində qalıb. Lakin Fox News-un xəbər verdiyinə görə, etirazçılar onu orda da rahat buraxmayıblar. Vens özü bu hadisələri şərh etməyib və etirazçıların qarşısına çıxmaqdan yayınıb.
Vermont qubernatoru Fil Skott aksiya iştirakcılarını Venslə razılaşmasalar belə onunla "daha hörmətli rəftara" çağırıb və Vensin kiçik uşaqlarla birgə istirahətə gəldiyini xatırladıb. The Guardian qeyd edir ki, Ukraynaya dəstək aksiyaları eyni vaxtda ABŞ-ın bir neçə şəhərində keçirilib. Vermontdan başqa, insanlar Nyu-York, Boston və Los-Ancelesdə Ağ Evin indiki administrasiyasının siyasətinə etiraz ediblər. Ukraynaya yardımın davam etdirilməsini dəstəkləyənlər ölkə üçün “ədalətli sülh” tələbi ilə küçələrə axışıb və Ukrayna prezidenti Vladimir Zelenskiyə dəstək şüarları səsləndiriblər. Etirazlara səbəb isə fevralın 28-də Ağ Evdə Tramp,Vens və Zelenski arasında baş verən mübahisə olub.
Surxay Əliyev