Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov martın 3-də Bakıda Zəfər parkını ziyarət edib. Qazaxıstanın Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.
Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Mətləb Salahov