"Avropa liderlərinin Ukrayna və Avropa təhlükəsizliyi məsələlərinə dair görüşləri daha sıx-sıx olacaq və iki-üç həftədən bir keçirilə bilər." Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Londonda baş tutmuş Ukrayna üzrə Avropa liderlərinin görüşündən sonra bəyan edib. "Hazırda ABŞ-yə səfər edən Avropa liderləri tədbirləri və həll yollarını müzakirə etmək üçün bir araya toplaşıblar. Onlar texniki qruplarına problemin həlli yollarını axtarmaq səlahiyyəti veriblər. Gələcəkdə bu görüşlər davam edəcək. – H. Fidan bildirib. Mətləb Salahov