Fransanın Ermənistandakı səfiri Olivier Dekotiini Vayots Dzor bölgəsinə səfər edib. “Armenpress” xəbər verir ki, bu barədə Dekotini özünün X mikrobloqunda yazıb. “Bu gün mən Vayots Dzor bölgəsinə səfər edirəm. Vayots Dzor rayonu Azərbaycanın qismən işğal etdiyi Ermənistan ərazisinin əsas hissəsində yerləşir. Bu, strateji əhəmiyyət kəsb edən bölgədir. Aİ Monitorinq Missiyasının qərargahı burada yerləşir”, - deyə Fransa səfiri yazıb. Başqa bir mesajında isə səfir Vayots Dzor vilayətinin qubernatoru Kolya Mikaelyanla görüşdən yazıb. Dekotini deyib ki, qubernatorla Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyəti, Vayots Dzor regionu ilə Hauts-de-France regionu arasında şərabçılıq sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Surxay Əliyev