ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə Ağ Evdə keçirilən gərgin və mübahisələrlə dolu görüş və danışıqlardan sonra təəssüratını sosial şəbəkə hesabında bildirib. Ağ Ev sahibi öz paylaşımında Ukrayna Prezidenti haqqında kəskin fikirlər səsləndirib. “Bu gün Ağ Evdə çox mühüm görüş keçirdik. Bu cür alovlu və təzyiq altında danışmadan heç vaxt başa düşülməyəcək çox şeylər öyrəndik. Emosiyalar vasitəsilə ortaya çıxanlar heyrətamizdir və mən müəyyən etmişəm ki, Prezident Zelenski Amerikanın iştirak etdiyi təqdirdə sülhə hazır deyil, çünki o, bizim iştirakımızın danışıqlarda ona böyük üstünlük verdiyini hiss edir. Mənə üstünlük lazım deyil, SÜLH istəyirəm. O, Amerika Birləşmiş Ştatlarının əziz Oval Ofisində ona hörmətsizlik etdi. O, sülhə hazır olanda geri qayıda bilər”. Ən son məlumatlara görə, daha sonra görüş qapalı davam etsə də, Zelenski Ağ Evi erkən tərk edib və Trampla birgə mətbuat konfransı ləğv edilib.
Mətləb