Fevralin 18-də Rusiyayla ABŞ arasında danışıqlar keçirildi.Bu görüşdən cəmi on gün kecsə də bu gün artıq bir sıra maraqlı və düşündürücü məqamlar ortaya çıxır.Beləliklə Rusiya tərəfdən nümayəndə heyətinin üzvlərinin tərkibinə göz ataq.Sergey Lavrov – Xarici işlər naziri, bunu başa düşdük,Yuriy Uşakov isə Putinin köməkcisidir,bunu da başa düşmək olar.Bu yerdə marakı sual ortaya çıxır bəs Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriev Ər-Riyadda ABŞ nümayəndə heyətinin tərkibinə nə məqsədlə daxil edilib.Bəzi məqamlara aydınlıq gətirmək üçün ilk öncə onun kimliyinə baxaq. Sən demə Putinin “Sevimlisi” sayılan Kirill Dmitriev Putinin kiçik qızı Katerina Tixonovanın sinif yoldaşı və rəfiqəsi Natalya Popova ilə evlidir. O da məlum olur ki, Dmitriyev Putinin qızının keçmiş əri ilə birlikdə uzun müddət “Sibur” şirkətinin direktorlar şurasının üzvü olub. Onun haqqında bir sıra beynəlxalq müşahidəçilər qeyd edir ki, “ağıllı, ingiliscə danışan” Dmitriyev Amerika sisteminə inteqrasiya olunub və ideal danışıqlar aparmaq qabiliyyətinə malik şəxsdir.
Dmitriyev həm də Rusiya, ABŞ və Ukrayna arasında iqtisadi əlaqələrin inkişafı və möhkəmlənməsi üçün lobbiçilik fəaliyyəti ilə tanınır.Beləliklə aydın olur ki,Ər Riyaddakı danışıqlarda əsas məqsəd istər ABŞ tərəfindən,istərsə də Rusiya tərəfindən heç də bu münaqişənin həllinə,Ukraynada tökülən qanı dayandırmağa yınəlməyib.Bu görüşün alt qatındakı əsas məqsəd Ukraynanın sərvətlərini,faydalı qazıntılarını talan etmək və Trampla Putin arasında bölüşdürülməsidir.Çox güman ki, Kirill Dmitrievin təmsil etdiyi biznes əslində Putinin kiçik qızı Katerina Tixonovaya və ya kəsə desək Putinə məxsusdur.
İxtiyar