Amerikalıların yarıdan çoxu hazırkı prezident Donald Trampın üçüncü dəfə prezidentliyə namizəd olacağını gözləyir. “European Pravda”nın yazdığına görə, bunu YouGov-un sorğusunun nəticələri sübut edir. Belə ki,sorğuda iştirak edən respondentlərin 52%-i Donald Trampın üçüncü prezidentlik müddətinə namizəd olacağını düşünür. Respondentlərin 21%-i buna “əmin”, 31%-i isə bunun mümkün olduğunu güman edir. Respondentlərin 16%-i Trampın böyük ehtimalla yenidən seçilməyə cəhd etməyəcəyinə inanır, 18%-i isə buna əmindir. Sorğuda 2900 respondent iştirak edib və məlumatların toplanması fevralın 25-də aparılıb. Tezliklə 79 yaşı tamam olacaq Donald Tramp özü isə ötən həftə belə bir variantı istisna etmədiyinə eyham vuraraq "Yenə namizədliyimi verməliyəm? Siz deyin" şərhini qeyd edib. ABŞ Konstitusiyasına görə, Tramp yenidən namizəd ola bilməz – çünki ABŞ prezidentliyinə iki dəfədən artıq seçilmək qadağandır. Maraqlıdır ki,bu yaxınlarda respublikaçı Endi Oqles üçüncü prezidentlik müddətinə icazə vermək üçün konstitusiyaya dəyişikliyini təklif edib.
Surxay Əliyev