Bunu “Əl-Cəzirə ərəbcə” telekanalına müsahibəsində Xarici işlər naziri Hakan Fidan deyib. O,qeyd edib ki,səfir də daxil olmaqla bütün İsrail diplomatları 2023-cü ilin oktyabrında Türkiyəni tərk edib. Türkiyə Xarici İşlər Nazirliyi 2023-cü ilin noyabrında Qəzza zolağında baş verən hadisələrlə əlaqədar Təl-Əvivdəki səfiri məsləhətləşmələr üçün Ankaraya geri çağırmaq qərarını İsrail Xarici İşlər Nazirliyi bunu Ankaranın HƏMAS-a daha da yaxınlaşdığı kimi dəyərləndirib. “Bildiyiniz kimi, Türkiyə İsrail dövlətini tanıyan ilk ölkələrdən biri olub. Bizim yalnız bir həssas nöqtəmiz var - Qüds və Fələstin xalqı. Bu, xalqımızın həssaslığıdır. Türkiyədə hər bir seçilmiş hökumət xalqın fikrini dinləməlidir... Biz İspaniyadan qaçan yəhudiləri qəbul edən xalqıq. Biz İkinci Dünya Müharibəsi zamanı nasist zülmündən qaçan yəhudiləri qarşılayan bir ölkəyik. Bizim yəhudilərlə heç bir problemimiz yoxdur. “Bizim İsrail dövlətinin sionizmə əsaslanan ekspansionist siyasəti ilə bağlı problemimiz var”, - deyə Fidan “Əl-Cəzirə fikirlərini yekunlaşdırıb
Surxay Əliyev