Azərbaycan Hakimlərinin ilk Forumunda çıxış edən Hakimlər İttifaqının sədri Ramiz Rzayev bir sıra məsələlər barədə danışıb. O bildirib ki, müasir inkişafın reallıqları və bu günün çağırışları bütün sahələrdə olduğu kimi məhkəmə hakimiyyətinin fəaliyyətində də islahatların daimi əsasda və sistemli aparılmasını, təkmilləşdirilmələrin və yeniliklərin tətbiqini labüd edir: "Məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması, innovativ texnologiyaların tətbiqi, məhkəmə proseslərində çevikliyin artırılması dövrün tələbidir."- R.Rzayev bildirib.
Mətləb