Rusiya Federasiyası Dövlət Dumasının MDB İşləri, Ölkələr və Həmvətənlərlə Əlaqələr Komitəsi sədrinin birinci müavini Konstantin Zatulin MDB Ölkələri İnstitutunun İrəvandakı Beynəlxalq Klubu ilə birgə təşkil etdiyi dəyirmi masada erməni separatcılarını və qondarma “DQR” hərbi-siyasi “rəhbər”lərin Bakıda mühakimə edilməsiylə bağlı qərəzli və əsası olmayan ifadələrə işlədib. Konstantin Zatulin bütün hədləri aşaraq həyasızcasına iddia edib ki, bu məhkəmə prosesiylə guya Azərbaycan rəhbərliyi təkcə Dağlıq Qarabağ Respublikası üzərində deyil, ermənilərin və ümumilikdə “Dağlıq Qarabağ” erməniləri üzərində qələbəsini önə çəkməyə çalışır.Ermənilərə yaltaqlanmaq yolunu tutan Zatulin daha irəli gedərək iddia edib ki, guya Qarabağ ərazisindəki bütün tarixi və mədəniyyət abidələri azərbaycanlıların bu ərazidə mövcud olmadığını göstərir. Daha sonra valı bir qədər dəyişən Zatulin qeyd edir ki, doğrudur azərbaycanlılar da yüz illərdir ki, bu ərazidə ermənilərlə qonşuluqda və ya onlarla birgə yaşayıblar. Amma onlar burda ermənilərdən əvvəl yaşamayıblar. Bir sözlə ermənilərə yalmanan Zatulin yenə iyrənc əməllərini davam etdirir.
Surxay Əliyev