Polşa müharibəyə hazırlaşır. Belə ki,Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış ölkədəki bütün mülki hava limanların ordu üçün modernləşdirilməli olduğunu deyib. Nazirin sözlərinə görə, Polşanın bəzi iri hava limanlarında artıq bu istiqamətdə iş aparılır. Polşa NATO-nun şərq sərhəddi kimi son illərdə silahlı qüvvələrini gücləndirmək üçün bir sıra addımlar atıb. Hələ yanvar ayında Polşanın baş naziri Donald Tusk NATO-nun müdafiə xərclərini artırmağa çağıraraq deyib ki, bütün Avropa bloku dövlətləri Polşanın hərbi xərcləri səviyyəsinə çatsa, NATO-nun müdafiə büdcəsi Rusiyanınkından on dəfə çox olacaq. Tusk əlavə edib ki, "ÜDM-in 1,5%-ni müdafiəyə xərcləmək kifayət deyil" və Avropanın daha yüksək müdafiə xərcləri ABŞ-la daha yaxşı münasibətlər saxlamağa kömək edə bilər. Xatırladaq ki, yanvarın 7-də ABŞ prezidenti Donald Tramp NATO üzvlərini hərbi büdcələrini ÜDM-in 5%-nə çatdırmağa çağıraraq müttəfiqlərindən müdafiəyə ÜDM-in 2%-ni sərmayə qoymağı tələb etdi. Bu illər ərzində NATO üzvlərinin əksəriyyəti bu hədəfə yaxınlaşıb, hətta bəziləri bu həddi keçib. Surxay Əliyev