ABŞ Prezidenti Donald Tramp artıq açıqladığı qərarlarla şok effekti yaratmaqda davam edir. Milyarder ABŞ Prezidenti indi də belə bir qərar qəbul edib ki, ölkəyə köçmək istəyənlərə 5 milyon dollara "qızıl kartlar" təklif ediləcək.
"Qızıl kart" sahibinə yaşamaq və işləmək hüququ verəcək, həmçinin vətəndaşlıq alma imkanı tanıyacaq. Bu yeni təşəbbüs ABŞ-ın mövcud EB-5 investor viza proqramının yerini alacaq. ABŞ Ticarət naziri Hovard Latnikin sözlərinə görə, "qızıl kart" almaq istəyənlər müvafiq yoxlamalardan keçməli olacaq. Prezident Tramp bu kartların satışının təxminən iki həftə sonra başlayacağını qeyd edib.
Mətləb Salahov