Ölkəmizin qarşılaşdığı mina problemi dünya mediasının da diqqət mərkəzindədir. Kubanın “Bohemia” jurnalında jurnalist Sezar Qomez Çakonun “Azərbaycan və minalardan təmizləmənin qəhrəmanlıq missiyası” başlıqlı yazısı dərc olunub. Məqalədə 2025-ci ilin fevral ayında Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında aparılan minalardan təmizləmə əməliyyatları zamanı 122 piyada əleyhinə mina, 51 tank əleyhinə mina və 306 partlamamış sursatın zərərsizləşdirildiyini, ümumilikdə isə 935,6 hektar ərazinin partlamamış hərbi sursatlardan təmizləndiyi bildirilib.
Jurnalist öz məqaləsində 2024-cü ilin fevral ayında Azərbaycana səfəri zamanı işğaldan azad olunmuş əraziləri ziyarət etməsindən, “ruhlar şəhəri” adlandırılan Ağdama baş çəkməsindən və burada Azərbaycanın üzləşdiyi mina problemlərinin canlı şahidi olmasından danışıb.
Mətləb