Tramp Ağ Evdə Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı onu Oval kabinetdə iş masasının kənarına sıxışdırıb.New York Post xəbər verir ki, bu, Yeddilik Qrupu (G7) ölkələrinin liderlərinin videokonfransı zamanı baş verib. Tramp Makronu sağında, ABŞ-ın vitse-prezidenti J.D.Vensi isə solunda yerləşdirib. Belə situasiyalarda ölkələrin liderləri adətən dəyirmi masa arxasında otururlar, ona görə də Makronun yerləşdirilməsi protokol normalarının pozulması kimi qəbul edilib. Daily Express qəzeti hesab edir ki, Amerika prezidenti növbəti dəfə fransalı həmkarını “alçaldıb”. Fransada isə Makronun ABŞ-a səfərini “uzun müddətli qulluqdan sonra alçaldılma” adlandırıblar Xatırladaq ki, Makron bir gün əvvəl Trampla danışıqlara gəlmişdi. Lakin Fransa liderini Ağ Evdə heç kim qarşılamayıb.Makron ABŞ rəhbəri ilə görüşdə Ukraynada Avropa hərbi kontingentinin yerləşdirilməsi planını təqdim etməyi planlaşdırıb.
Surxay Əliyev