Türkiyənin “Star” qəzeti özünü “erməni generalı” adlandıran Levon Minasyanın Xocalı soyqırımında iştirakına dair soyuqqanlı etirafını oxucularına çatdırıb. Nəşr Minasyanın gürcü bloger ilə söhbətində səsləndirdiyi sözlərə istinad edir.
Blogerin “Xocalıda olmusunuz?” sualına Levon Minasyan belə cavab verir: “Xocalı faciəsini mən törətmişəm”. Nəşr “generalın” bəşəriyyətə qarşı cinayəti etiraf etməsini dəhşətli adlandırıb. Minasyan etiraf edib: “ Xocalıda o qədər insan öldürmüşəm ki, sayını da bilmirəm”. Qəzet qeyd edir ki, Minasyanın dəhşətli sözləri blogerin özünü şoka salıb və ictimaiyyət arasında ciddi tənqidlərə səbəb olub.
Mətləb Salahov