Trampla Makronun görüşü dostcaslna olsa da,Makron açıq şəkildə Ukranayla bağlı Trampın yanaşmasıyla razılaşmadığını bildirib. Tramp Putini diktator adlandırnaqdan boyun qaçırsa da,Makron Rusiyanın işğalçı olduğunu və Putinin sülhü pozmasının həqiqət olduğunu bəyan edib. ABŞ Prezidenti Tramp atəşkəsə nail olmaq üçün tərəflər arasında danışıqlar aparmağa çalışdığını,hətta razılaşma əldə olunarsa Putinlə görüş üçün Kremlə gedəcəyini bildirib. Bununla belə iki lider sülh razılaşmasından sonra Avropa sülh məramlılarının Ukraynada yerləşdirilməsiylə bağlı razılığa gələ biliblər.
"Sülhməramlılar cəbhə xəttində olmayacaqlar. Heç bir münaqişəyə müdaxilə etmədən sülhün qorunmasını təmin edəcəklər", - deyə Makron bildirib. Öz növbəsində Tramp Putinin də bu konsepsiyanı qəbul etdiyini dilə gətirib: "Bəli, Putin bunu qəbul edəcək. Mən ona bu sualı konkret olaraq vermişəm. O, buna qarşı deyil". Bir ay əvvəl hakimiyyətə qayıdan Trampı ziyarət edən ilk Avropa lideri Fransa prezidenti amerikalı həmkarı ilə danışıqlarını “dönüş nöqtəsi” adlandırıb. Surxay Əliyev