Qətnamə “Rusiya-Ukrayna münaqişəsinə dərhal son qoymağa” çağırır. On ölkə (ABŞ, Çin, Rusiya, Əlcəzair, Qayana, Sierra Leone, Cənubi Koreya, Pakistan, Panama və Somali) qətnamənin lehinə səs verib, beş ölkə isə bitərəf qalıb (Böyük Britaniya, Fransa, Yunanıstan, Sloveniya və Danimarka). Maraq doğuran haldır ki, Rusiya-Ukrayna genişmiqyaslı müharibəsi başlayandan bəri ilk dəfə olaraq ABŞ, Rusiya və Çin Ukrayna ilə bağlı qətnaməyə birlikdə səs veriblər. BMT Təhlükəsizlik Şurasının qətnamələri, BMT Baş Assambleyasının qətnamələrindən fərqli olaraq BMT-nin bütün üzv dövlətləri üçün məcburidir. Amerika Birləşmiş Ştatlar BMT-də nümayişkaranə şəkildə Rusiyanın tərəfini tutmaqla “demokratik dünyanın qalan hissəsini cəhənnəmə göndərdi”. Bufikiri həm ABŞ, həm də Rusiyanın etiraz etdiyi Ukrayna qətnaməsinə BMT-nin səsverməsindən sonra Ukrayna Prezidenti Aparatının rəhbərinin ştatdankənar müşaviri Andrey Yermak və keçmiş iqtisadiyyat naziri Timofiy Mılovanov dilə gətirib.
Surxay Əliyev