Rusiya Ukraynaya qarşı müharibəni ancaq danışıqlarda hər iki tərəf üçün uyğun razılaşma əldə edildikdə dayandıracaq. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Rusiya həm Ukrayna, həm də Avropa nümayəndələri ilə danışıqlara da hazırdır, lakin hərbi əməliyyatlardakı nəticə Rusiyanı qane edəcəyi təqdirdə müharibə dayandırılacaq. Lavrov əlavə edib ki, Ukraynanın NATO-ya qoşulmaması ilə bağlı möhkəm və qəti saziş olmalıdır. Səudiyyə Ərəbistanında ABŞ nümayəndələri ilə son görüşü şərh edən rusiyalı nazir bu görüşün Vaşinqtonla normal dialoqa ümid verdiyini bildirib.
Surxay Əliyev