Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Dağlıq Qarabağın statusu ilə bağlı son açıqlamasında 2022-ci ildə Praqada Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması haqda iddiaları yalanlayıb.Fransalı diplomat qeyd edib ki,Dağlıq Qarabağ Alma-Ata bəyannaməsindən sonra Ermənistan tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb”. Fransa səfirinin bu açıqlaması heç də ermənilərin ürəyincə olmayıb.Səfirin açıqlamasına münasibət bildirən erməni siyasi şərhçi Badalyan bu bəyanatı səfirin “Qarabağ hərəkatı” nın bütün “hüquqi “trayektoriyasını və “nizamlanma”prosesini bilməməsi ilə əlaqələndirib. Bununla belə, politoloq vurğulayıb ki, Dekotini Fransanın rəsmi nümayəndəsi kimi ilk növbədə öz ölkəsinin maraqlarından çıxış edir, hətta bunun üçün faktlarla müəyyən manipulyasiyalar tələb olunsa belə... Badalyanın fikrincə, Fransa səfirinin bu mövqeyi Parisin Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə dördtərəfli formatda əldə edilmiş Praqa razılaşmaları üzrə vasitəçilik məsuliyyətini öz üzərindən atmaq istəyi ilə də bağlı ola bilər. Surxay Əliyev