ABŞ prezidenti Donald Tramp Almaniyada keçirilən parlament seçkilərində mühafizəkarların qələbəsini alqışlayıb. Bu fikir Amerika liderinin Truth Social sosial şəbəkəsindəki səhifəsində yer alıb. " Almaniyada mühafizəkar partiya seçkilərdə çoxdan gözlənilən böyük qələbə qazanıb. ABŞ-da olduğu kimi, Almaniyada da xalq uzun illər idi ki,sağlam düşüncədən məhrum siyasətdən yorulmuşdu", - deyə ABŞ prezidenti yazıb. Yada salaq ki, Bundestaq seçkilərində ilk iki yeri sağ mərkəzçi Xristian Demokrat Birlik partiyası və ifrat sağçı “Almaniya üçün Alternativ partiyası” qazanıb.
Əliyev Surxay