çərşənbə günü, 07 oktyabr 2026
     

Nə Türkiyə türkcəsi, nə Rusiya ruscası - TƏK AZƏRBAYCAN DİLİ!

Image


Neçə gündür onsuz da qeyri-professionalların əlində əsir-yesir qalan, özünü ciddi mətbuat əvəzinə rəzalət məkanına çevrilmiş sosial şəbəkələrdəki kimi qeyri-ciddi aparan bir sıra saytlarda dil məsələsi müzakirə edilir. Əslində buna müzakirə deyil, dedi-qodu səviyyəsində qeybət desək, daha yaxşı olar. Kinorejissor Ayaz Salayev və deputat Sabir Rüstəmxanlı rus və türk dillərinə görə efirdə “cəngə çıxıblarmış”. Rusdilli A.Salayev fikirlərini azərbaycanca çətin tələffüz etdiyi üçün səlist danışa bilmir, Türkiyə türkcəsindən Azərbaycan dilinə ciddi ziyan dəydiyini deyir, qarşı tərəf də onu rus dilinin müdafiəçisi olmaqda, türk dilinə düşmən kəsilməkdə ittiham edib kəskin fikirlər söyləyir. Tanış mövzudur. Ta on səkkizinci, on doqquzuncu əsrlərdəki kimi öz ana dilimizə göstərdiyimiz “qiymət”, onun-bunun dilinə yamaq olmaq üçün baş vermiş yersiz canfəşanlığın növbəti nümunəsidir bu hadisə…

Məsələnin “mustafası” da odur ki, saytlarda və internet TV-lərdəki bu neçə günlük haray-həşirdən bircə ağıllı məntiq ortaya çıxmadı ki, cəmiyyət də bir nəticə çıxara bilsin. Bu məsələ elə savadsız şəkildə “işıqlandırıldı” ki, məntiqli debat aparmağa qabiliyyət və intellekt dərəcəsi çatmayanlar var gücləri ilə bu məsələdən reklam “tutmağa”, özlərini türkiyə türkcəsini müdafiə edən qəhrəman kimi göstərib, önə çıxmağa can atdılar. Özü də amansızcasına!
Bir tərəf A.Salayevi ruspərəstlikdə ittiham edib, türkdilli ölkə olduğumuz üçün Türkiyə türkcəsindən bizə ziyan gəlmədiyini deyir, həm də rus dilli məktəblərin ölkəmizdə ləğv olunmasına israr edirlər. A.Salayev isə hesab edir ki, rus dili dünyagörüşü baxımdan, güclü ünsiyyət və ədəbi dil zənginliyinə görə öndə gedir. Deyir uşaqlarımız rus dilini öyrənməklə daha mükəmməl yetişmək üçün böyük imkanlar qazanırlar. Bu yerdə rəhmətlik Mirzə Cəlilin ana dilimizlə bağlı bir-birindən gözəl, indiki zamanda və bundan yüz il sonra da aktual olacaq hekayə və oçerkləri yadıma düşdü. Kişi necə də sərrast yazıb o vaxt. Ana dilimizi bəyənməyənləri də, rusca danışıb özlərini “obrazovannı” göstərmək istəyənləri də, Türkiyə türkcəsində yeri gəldi-gəlmədi danışıb özünü “müsəlman intillegenti” kimi gözə soxmaq istəyənləri də öz qələmi ilə gözəl nişan alıb rəhmətlik Mirzə Cəlil.
Gələk əsas mövzuya. Bəs biz özümüz öz ana dilimizi necə qoruyuruq? Min təəsüf ki, bu barədə cəmiyyət olaraq üz ağardan hansısa işimizi göstərməyə heç nəyimiz yoxdur. Əlbəttdə, Türkiyə türkcəsi bizim qardaş türkdilli dillər qrupundan biridir. 44 günlük vətən müharibəsində qardaş Türkiyə əsas mənəvi gücümüz, siyasi dəstəkçimiz oldu. Biz gerçəkdən də qardaş xalqlarıq, buna qəti şübhə yeri yoxdur. Həm də Türkiyə türkcəsində bir-birimizi yaxşı başa düşürük. Amma.. amma bu sadaladıqlarımla bərabər, heç bir Türkiyə türkü ölkəmdəki bəzi türkpərəstlərin bu dilə göstərdikləri hədsiz marağı və diqqəti mənim doğma Azərbaycan dilimə göstərmirlər. Mən həqiqətləri danışmaq və yazmaq üçün jurnalistəm. Bilirəm ki, bu yazdıqlarım yüz il sonra da beləcə aktual olaraq qalacaq. Axı Türkiyə telekanallarında, qəzet və radiolarında bircə dəfə də olsun Azərbaycan dilindən bir sitat, yaxud hansısa frazanın işlədildiyinə şahid olmamışam. Heç bir Türkiyə türkü Azərbaycan dilində beş-üç cümlə də bilmir. Bilsə də bunu ancaq zarafat və ya situasiyaya uyğun vəziyyətdə işlədir. Amma bizdə vəziyyət necədir? Bir çoxları televiziya efirlərindən yeri gəldi-gəlmədi Türkiyə türkcəsindən gen-bol istifadə edir, sanki belə olmalıymış kimi bir də öyünürlər. Bir sıra kütbeyin, savadsız televiziya aparıcıları efirə çağırdıqları azərbaycanlı müsahiblərinə “hoca”, “uzman” və digər türk dilindəki ifadələrlə müraciət edir, beləcə doğma dilimizi milyonlarla tamaşaçıya unutdururlar. Bu, sözün əsl mənasında, doğma dili unutdurmaq siyasətidir. “Hoca” deyil MÜƏLLİM, “uzman” deyil MÜTƏXƏSSIS! Lütfən, gəlin özümüzü başqalarına yamaq etməyə, doğma Azərbaycan dilimizi kimlərəsə qurban verməyə çalışmayaq.
Bu fikirlər rus dili üçün də keçərlidir. Hələ sovetdən öncə də Bakıda rusdilli məktəblər və rus dilindən istifadə dəb sayılardı. Həttda Bakıda rus dilini bilməyənlərə aşağı təbəqə kimi baxar, onlar rişxənd hədəfi olurdular. Sovetlər vaxtında da bu proses elə belə davam edirdi. Sovetin qızğın vaxtlarında rus dilində danışanlar yüksək intellekt sahibi, böyük dünya görüşünə sahib şəxslər sayılardılar. Lakin bu gün rus dilli məktəblərin bağlanmasını tələb edənlər bir məqamı unudurlar ki, rus dili ilk rus çarlarından başlamış indiki Vladimir Putinə qədərki Rusiya siyasəti demək deyil!
Rus dili keçmiş sovet coğrafiyasında mühüm ünsiyyət platforması sayılır. Rus dili həm də böyük rus ədəbiyyatını, Dostoyevskini, Çexovu, Puşkini, Lermantovu oxumaq üçün gözəl vasitədir. Dil, dünyanı daha gözəl qavramaq, daha çox məlumat qazanmaq vasitəsidir.
Yenə gələk öz ana dilimizə verdiyimiz dəyər məsələsinə. Azərbaycan dilinin necə qorunduğunu bilmək üçün elə təkcə küçələrdə, mağaza və ofislərin üzərində vurulan reklam şitlərinə nəzər salmaq kifayət edir. Baxırıq və görürük ki, dilimizi qorumaq üçün cəmiyyət olaraq heç bir iş görmürük. Sanki bu gözəl ana dilimizi unutmaq üçün nə lazımdırsa onu da edirik. Üstəgəl min təəssüflə qeyd edək ki, hazırda KİV-lərdə, internet resurslarında ehtiyac olmadığı halda əcnəbi sözlərdən gen-bol istifadəyə yer verilir. Sovet dövründə rus dilinə hədsiz yer verilirdisə, bu gün artıq ingilis dili də eyni dərəcədə lazım olmayan şəkildə hər yerdə gözümüzə soxulur.
Demək olar ki, paytaxt Bakıdakı əksər mağazaların, xidmət və iaşə obyektlərinin qarşısından asılan reklam lövhələrində Azərbaycan dilinin “mühasirəyə” alındığının şahidi oluruq. Mətnlər çox halda ingilis, qismən də rus dillərində tərtib edilib. Azərbaycan dilində olan reklamlar isə azlıq təşkil edir. Hanı bu işlərə nəzarət və cavabdeh olan qurumlar, yoxsa “yatıblar”? Niyə nəzarət yoxdur, niyə doğma dilimizi qorumuruq, NİYƏ???Niyə axı öz doğma dilimizə bu dərəcədə etinasız yanaşırıq.
Bəli, biz də türk ailəsinin bir qoluyuq, Türkiyədəkilər də bizim üçün çox əzizdirlər, qardaş xalqıq. Amma bizim öz doğma Azərbaycan dilimiz var axı. Axı bu dil bizim milli kimliyimizdir, onu necə bayağılaşdıra bilərik, bu kökə sala bilərik? İnanın doğma dilimizə qarşı bu biganəlik bundan əvvəlki əsrlərdə olduğu kimi, bundan sonar da bizə çox-çox baha başa gələcək. İllər sonra bunun dəhşətli nəticələrini görəcəyik əziz xalqım. Necə ki, ötən əsrlərdə etdiklərimizin acılarını son 30 ildə canımızla, qanımızla ödədik. Bu gün rus dilli məktəblərin bağlanmasını tələb edənlər də, türkiyə türkcəsini doğma azərbaycan dilimizə anarxiya şəklində “transfer” edənlər də, rus dilini hökmran elan edənlər də ortada “at çapırlar”. Amma bircə həqiqəti heç vaxt unutmayaq: Torpağı itirib sonra yenidən geri qaytararsan, amma itirilmiş ana dilini və itirilmiş AZƏRBAYCANLI DƏYƏRLƏRİNİ heç vaxt!

Mətləb Salahov



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
"Almaniya kəşfiyyatının keçmiş rəhbəri ilə bağlı Azərbaycanın adının hallandırılması dezinformasiyadır" - Media və Yayım Şurası

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ