ABŞ Prezidenti Donald Tramp Ukraynadan əl çəkmir. Bundan əvvəlki bütün çıxışlarında Ukrayna Prezidenti Vodolimir Zelenskini təhqir və ittiham hədəfi seçən Ağ Ev rəhbəri, indi də Ukraynaya verilmiş pulları geri istəyir. O, Amerika lideri Mühafizəkar Siyasi Fəaliyyət Konfransında çıxış edərkən bəyan edib ki, Vaşinqton administrasiyası əvvəllər Ukraynaya yardım üçün xərclənən vəsaiti geri qaytarmağa çalışır və buna nail olacaq. SİTAT: “Mən pulumuzu geri almağa və ya onun təhlükəsiz olduğuna əmin olmağa çalışıram. İstəyirəm ki, Ukrayna bizim verdiyimiz bütün pulların müqabilində bizə bir şey versin. Biz pulumuzu geri alacağıq, çünki bu, ədalətli deyil”.
Mətləb Salahov