İran prezidenti Məsud Pezeşkian deyib ki, İran nəyin bahasına olursa olsun danışıqlar aparmaq fikrində deyil. Pezeşkian qeyd edib ki, kimlərsə təhdid etməklə bizə istədiklərini etməyə məcbur edə biləcəklərini düşünürlər, biz insanıq və ləyaqətlə danışıqlar aparırıq, lakin gücə boyun əymək fikrində deyilik." İran prezidenti həmçinin deyib: “Əgər regionun milyard müsəlmanı qardaş olsaydı, iki milyonluq əhalisi olan soyqırım sionist rejimi müsəlmanlar üçün belə bir dözülməz şərait yarada bilməzdi. Bizi müxtəlif etnik və dini qruplara bölüb bir-birimizə qarşı qoydular. Bəzi insanlar İsraildən qorxur, çünki Amerika onu dəstəkləyir, amma biz qorxmuruq, qorxmayacağıq.
Surxay