Bazar günü günü, 22 noyabr 2026
     

Tramp Ukraynanı yox, beynəlxalq hüququ ayaqlar altına atır - Onun içi biz qarışıq bütün dövlətlər üçün təhlükəsi bundadır...

Image


"Amerikanın tarixində Tramp qədər uğursuz və ölkəsi üçün ziyankar başqa prezidentin olmadığını söyləmək üçün əsaslar günbəgün artır. Cəmi 31 gün keçib, inauqurasiyanın 100-cü günündə görəcəklərimizdən Allah saxlasın.... Mən qətiyyən onu nəzərdə tutmuram ki, Tramp Rusiya və Ukrayna ilə bağlı dövlətin siyasətini tərsinə çevirdi.Onu nəzərdə tuturam ki, bu kəskin dəyişmə beynəlxalq hüququn norma və prinsipləri, habelə obyektivlik və ədalət normalarına ram zidd şəkildə həyata keçirilir. O, Rusiyanı dəstəkləyə bilər, Ukraynanı ata bilər, və ya tərsinə edə bilər. Ancaq bütün bunlar beynəlxalq hüququn normalarına uyğun edilməli və əsaslandırılmalı idi."

Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: "Daha bu sayaq "mən dünyanın lotusuyam, dünən elə idim, bu gün belə oldum, atam mənə kor deyib...." kimi hərəkət etmək nə ABŞ - a, nə də onun prezidentinə yaraşan deyil. Tramp dünyanın super dövlətinin adından danışanda Rusiya - Ukrayna müharibəsinin həllinə təcavüzün yolverilməzliyi, ərazi bütövlüyü, süverenlik və sərhədlərin zorla dəyişdirilməsinin qanunsuzluğu mövqeyindən çıxış etməli idi. Bunlar 2- ci dünya müharibəsindən sonra dünyanı az-çox düzən içində saxlaya bilmiş müqəddəs prinsiplər olub. Trampın, ya bir qeyrisinin bu prinsipləri " Zelenski mənim sözümü yerə salıb", ya "Putin ağıllı oğlandır" deyərək ayaq altına atması, şəxsi qisas və şəxsi rəğbətdən çıxış etməsi böyük qəbahətdir.

Sabah Çin qoşun çəkərək Tayvan və Honkonqu özünə birləşdirsə, Tramp hansı məntiq və arqumentlə buna qarşı çıxa biləcək?! Bu gün Rusiyanın Krımı, Donetsk, Luqansk, Xerson və digərlərini işğal etməsinə Trampın əslində dəstək verməsi dünyanı daha böyük özbaşınalıqlara sürükləyən nümunə deyilmi? Rusiyaya olar, Çinə olmaz? Trampın beynəlxalq hüquq zidd prinsipsiz Ukrayna və Rusiya siyasəti davam etdikcə, belə kəskin məntiqli suallar hələ çox olacaq...

Fevralın 24- də BMT Baş Assambleyasında Ukraynanın təcavüzə məruz qalmasının 3- cü ildönümü ilə bağlı qətnamə müzakirəyə çıxarılacaq. Assambleyanın 193 üzv ölkəsinin 50- dən çoxu artıq həmin qətnamə layihəsinə həmmüəllif kimi imza atıb. Orada belə bir hüquqi prosedur var. Hər hansı layihə yekun səsverməyə çıxarılmazdan qabaq ölkələr həmin layihənin keçərlilik gücünü artırmaq üçün ona həmmüəlliflik imzası atırlar.Layihənin həmmüəllifləri nə qədər çox olarsa, bu onun uğur qazanacağına öncədən qarantiya vermiş olur. Təsəvvür edin ki, Trampın nümayəndəsi bu layihəyə imza atmayıb. Yəqin ki, səsvermə zamanı da əleyhinə səs verəcək. Halbuki həmin layihədə Ukraynanın ərazi bütövlüyü dəstəklənir və 2022- ci ilin 24 fevralında Rusiyanın Ukraynaya qoşun yeritməsi təcavüz aktı kimi qeyd edilir. Bəlkə bunlar həqiqət deyil, ya bəlkə BMT nizamnaməsinə zidd anlayışlardır? Qətiyyən yox... Bundan başqa...

Dünyanın iqtisadi cəhətdən 7 ən qüdrətli ölkəsini birləşdirən G - 7 təşkilatı da fevralın 24- də Ukrayna ilə bağlı sənəd qəbul etməyə hazırlaşır. Tramp çalışır ki, G - 7 - nin sənədində " Rusiya qoşunlarını Ukraynadan geri çəkməlidir" kimi fikirlərin yazılmasının qarşısını alsın.... Necə yəni , işğalçı işğal etdiyi ərazilərdən çıxmalı deyil?!

Amerika kimi qüdrətli bir ölkənin prezidentinin beynəlxalq hüquq prinsiplərinə aşkar sayqısızlığı bütün dünya ölkələri üçün təhlükəlidir.

Bizim ölkəmizdə də dövlətlərin ərazi bütövlüyü və süverenliyi deyilən prinsiplərə barmaqarası baxanlar var. Öz ərazisi və süverenliyi uğrunda vuruşan Ukraynanın tək buraxılmasından " çiçəyi çırtlayanlar" var. Biz Qarabağ uğrunda öz ərazi bütövlüyümüzü və süverenliyimizi müdafiə edəndə bizim mübarizəmizə dəstək verməyənlərə, bizi haqlı saymayanlara, od püskürürdük, 100 dəfə haqlı idik, torpağımızı işğalçılara verəsi deyildik ki?! Bəs Ukraynanın Rusiyaya qarşı apardığı indiki müharibə eyni şey deyilmi?Əgər rollar dəyişik olsaydı və Rusiya Ukraynanın təcavüzünə məruz qalmış olsaydı, o zaman Rusiya da bu cür müdafiə olunmalı və haqlı sayılmalı idi..

İndi gəlin Trampın öz haqqı üçün vuruşan Ukraynanı meydanda haqsız çıxarmasının gələcək mümkün uzantılarına baxaq.

Hələ Ermənistan Azərbaycanla sülh bağlamayıb. Silahlanır.Müharibəyə hazırlaşır. Ermənistan təcavüzkardı.Fürsət düşən kimi Azərbaycamna qisas hücumları edəcəyini hər birimiz bilirik. İndi kim təminat verə bilər ki,Ukrayna - Rusiya səhnəsində təcavüzkarı qurbandan üstün tutan Tramp eyni tavrı Azərbaycan-Etmənistan qarşıdurmasında göstərməyəcək və Ermənistanı müdafiə etməyəcək?..

Deyilə bilər ki, axı Azərbaycan Qarabağı Trampın ilk prezidentliyi dövründə azad etdi və Tramp prosesə müdaxilə etmədi. Bəli, ancaq əvvala Tramp bizim 44 günlük müharibəmizin getdiyi günlərdə Amerikada öz başının hayında idi, Baydenlə ölüm - qalım seçkii müharibəsi aparırdı, Rusiyanın neytral qalması qarşısında 44 günlük müharibəyə müdaxilə edə bilmədi. Bizim 44 günlük müharibəmiz Trampın 1- ci prezidentliyinin son ilində yox, əvvəlki illərdə olsaydı, onun bölgədə Ermənistanın yanında olmayacağını söyləməkdə çətinlik çəkirəm.

Digər tərəfdən, Ermənistanla ABŞ - ın Strateji dialoqunu 2019- cu ildə məgər Tramp başlamadı? 2019 - cu ildə Trampın başlatdığı ABŞ - Ermənistan Strateji dialoqu 2024- cü ilin iyununda zirvəyə çatdı və Yerevanda sonuncu dialoqda qərar verildi ki, artıq Strateji dialoqdan Strateji tərəfdaşlığa keçmək zamanı gəlib. Ardınca isə 2025- ci il yanvarın 14- də Vaşinqtonda ABŞ - Etmənistan Strateji tərəfdaşlıq Xartiyası imzalandı. Beləliklə, 2019- cu ildə Trampın başlatdığı işi 6 il sonra Bayden yekunlaşdırdı. İndi biz inana bilmərik ki, Tramp ərazi bütövlüyü və süverenlik məsələsində nə vaxtsa Azərbaycanı Ermənistanın ayağına verməyəcək....

Allah Azərbaycanın özünə versin... Biz hər gün əvvəlkindən güclü olmalıyıq... Heç kimə arxayıncasına güvənməməliyik... Beynəlxalq hüququn prinsiplərini heç kimdən çəkinmədən açıq müdafiə etməliyik..."

Mətləb



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ