Hələlik bir çox başqa detallar, o cümlədən görüşlərin gündəliyi, ukraynalıların bu görüşə qatılıb-qatılmaması və məxfi danışıqların nə vaxt başlandığı aydın deyil. Belə ki,diplomatlar görüşlərini gizli keçiriblər .Beləliklə ABŞ və Rusiya rəsmiləri Ukraynadakı müharibəni müzakirə etmək üçün son aylar İsveçrədə gizli görüşürlər. Sonuncu belə görüş isə keçən həftə baş verib. Bu barədə Reuters-ə məlumatlı mənbələr məlumat verib. Bununla bağlı təmaslar Donald Trampın noyabrın 5-də keçirilən prezident seçkilərində qələbəsindən dərhal sonra baş tutub. Nəşr qeyd edib ki, danışıqların iştirakçıları diplomatik təcrübəyə malikdirlər, lakin dövlət qulluqçusu deyillər və onları danışıqlara kimin göndərdiyi də hələlik bəlli deyil. Bununla belə, mənbələrdən biri Trampın az sayda müşavirinin bu görüşlərdən xəbəri olduğunu bildirib. “Görüşlərin gündəliyi, ukraynalıların iştirak edib-etməməsi və görüşlərin nə vaxt başladığı da daxil olmaqla bir çox başqa detallar hələ də qeyri-müəyyən olaraq qalır”, - deyə qəzet qeyd edib və əlavə edib ki, məxfi danışıqlar ABŞ və Rusiyanın Ukraynada müharibəni bitirmək yollarını araşdırmaq üçün pərdəarxası aparılır
Surxay Əliyev