ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanında prezident Donald Trampla rusiyalı “fürer” Vladimir Putin arasında görüş Rusiya xarici işlər naziri Sergey Lavrovla müzakirə etdiyini təsdiqləyib. Bu barədə o, Ketrin Qerricə müsahibəsində bildirib. ABŞ dövlət katibi Ər-Riyadda Lavrova və Rusiya rəsmilərinə “Biz müzakirənin nədən ibarət olacağını bilməyincə görüş olmayacaq” deyib. Bununla belə, Rubio deyir ki, iki prezidentin görüşü “Ukraynada müharibənin dayandırılmasındakı irəliləyişdən çox asılı olacaq”. "Adətən bu görüşlər siz hansısa nəticə və ya irəliləyiş edə bilənə qədər baş vermir. Əgər bu görüş razılaşma ilə başa çatarsa, məncə, hər kəs prezident Trampın sülhməramlı olduğunu qeyd etməlidir". Xatırladaq ki, NYT yazır: ABŞ prezidenti Donald Tramp aqressiv Rusiya ilə sülh sazişi üzrə danışıqlar aparmaq üçün Moskvanın qonşusuna təcavüzünün tarixini yenidən yazır. Üstəlik, Ukrayna prezidenti Vladimir Zelenskini təhqir etməklə... Surxay Əliyev