ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson Ukraynaya irimiqyaslı yardım haqqında yeni qanun layihəsiylə bağlı “iştah yoxdur” ifadəsini işlədib.“Ukrinform”un müxbiri xəbər verir ki, o, bunu cümə axşamı Vaşinqtonda keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) deyib. “Qulaq asın, buna iştaha yoxdur”, - deyə spiker aparıcının müharibənin daha da uzanacağı təqdirdə Ukraynanı dəstəkləyən yeni qanun layihəsinin qəbul edilməsinin mümkünlüyü ilə bağlı sualına belə cavab verib. Conson daha sonra sualı tamaşaçılara ünvanlayıb, onlar bir ağızdan: “Xeyr!” deyib.Respublikaçı spiker eyni zamanda qeyd edib ki, bu müharibəyə son qoyulmalıdır. Üstəlik, onun sözlərinə görə, avropalı müttəfiqlər də bunun zəruriliyini anlayırlar. “Prezident Tramp tamamilə haqlıdır, buna son qoymağın vaxtıdır” deyən Conson ABŞ prezidentinin bunu edə biləcəyini əlavə edib. Bundan əvvəl spiker Mayk Conson Ukraynaya yardımın qarşısının alınacağına söz vermişdi,
Surxay Əliyev