Tramp Amerika qoşunlarını qitədən çıxarmaqla avropalıları şantaj edir. ABŞ prezidenti Donald Tramp Avropa ölkələrinə Ukraynanın “kapitulyasiyası” ilə bağlı razılaşmaq üçün üç həftə vaxt verib, əks təqdirdə o, Amerika qoşunlarını Avropa qitəsindən çıxaracağıyla hədələyib. Newsweek xəbər verir ki, bunu EPP qrupundan olan finlandiyalı deputat, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü və EUDS məsələləri üzrə EPP koordinatoru Mika Aaltola yazıb. “Amerika Birləşmiş Ştatları bizə Ukraynanın təslim olmasının şərtlərini razılaşdırmaq üçün üç həftə vaxt verdi”,- deyən AŞPA-nın deputatı müharibəni dayandırmağa yönəlmiş təklif olunan sülh sazişinə toxunaraq deyib. "Əgər bunu etməsək, ABŞ Avropanı tərk edəcək", - deyə əlavə edib. Bundan əvvəl Trampın müşavirinin Ukraynanı “tonu aşağı salmağa” və qalıq yanacaq sazişini imzalamağa çağırdığı bildirilirdi. Daha əvvəl isə Budanov Trampın sülh planının Ukrayna üçün nə demək olduğunu açıqlayıb.
Surxay Əliyev