Donald Tramp daha bir məsul vəzifəyə təyinat gerçəkləşdirib. Belə ki, ABŞ Senatı Federal Təhqiqatlar Bürosunun yeni direktorunu seçib. ABŞ Prezidenti Donald Trampın namizədi olan Kaş Patel 51 lehinə və 49 əleyhinə səs toplamaqla bu vəzifəyə təsdiqlənib. Respublikaçılar partiyasından yalnız 2 senator - Suzan Kolins və Liza Murkovski onun namizədliyinin əleyhinə səs verib.
Mətləb Salahov