Fransa prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampla danışıqlar üçün gələn həftə Vaşinqtona səfər edəcəyini bildirib. O, bunu canlı yayımda X (Twitter) istifadəçilərinin suallarını cavablandırarkən deyib. Fransa prezidenti Donald Trampı yaxşı tanıdığını və bir-birlərinə hörmət etdiklərini bildirib.Makron ABŞ prezidentini “nə düşünməsindən asılı olmayaraq maraqlarının bizim maraqlarımızla üst-üstə düşdüyünə” inandırmaq üçün gələn həftə ABŞ-a səfər edəcəyini bildirib. “Mən ona deyəcəyəm: “Sən Putinin qarşısında zəif ola bilməzsən, bu, sən deyilsən, bu sənin üslubun uyğun deyil”, - deyə Makron qeyd edib. Makron həmçinin önümüzdəki həftələrdə "sizi müxtəlif cəbhələrdə səfərbər etmək" üçün Fransa vətəndaşları ilə əlaqə saxlayacağını desə də, konkret təfərrüatlara varmayıb.. Bundan əvvəl Budanovun Trampın sülh planının Ukrayna üçün nə demək olduğunu izah etdiyi bildirilib.
Surxay Əliyev