Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Qərarı ilə 29 aprel 2015-ci ildə yaradılan Qafqazşünaslıq İnstitutu bu ilin yanvar ayında ləğv edilib. Buna səbəb institutun əməkdaşlarının 18 nəfər elmi işçidən ibarət olması göstərilib. Rəsmi məlumatda bildirilir ki, 18 nəfər elmi işçidən ibarət olan Qafqazşünaslıq İnstitutunun saxlanılması məqsədəuyğun olmayıb və onun fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib. İnstitutun əməkdaşlarının AMEA-nın Tarix və Etnologiya, Fəlsəfə və Sosiologiya İnstitutlarında fəaliyyətlərini davam etdirəcəyi vurğulanır. Qeyd edək ki, institutun ilk direktoru Milli Məclisin deputatı, akademik Musa Qasımlı olub, son dövrlər isə ona siyasi elmlər doktoru Ramilə Dadaşova rəhbərlik edib.
İradə Sarıyeva