Cümə axşamı günü, 23 aprel 2026
     

Vüqar Rəhimzadə: Azad edilmiş ərazilərdə görülən işlərin miqyası gələcək barədə aydın təsəvvür yaradır

Image


Azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri uğurla davam edir

Son dörd ilin əsas çağırışlarından biri tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdış Proqramına uyğun olaraq soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışıdır. Qısa zamanda görülən işlərin miqyası olduqca genişdir. 2022-ci ilin iyulunda Zəngilan rayonunun Ağalı kəndinə başlanan qayıdış hazırda beş şəhərin- Füzuli, Laçın, Şuşa, Xocalı və Cəbrayılın, 4 kəndin-Ağalı, Talış, Zabux və Susun sakinlərinə qovuşması ilə davam edir. Hazırda bu istiqamətdə görülən işlərin miqyası tezliklə bu sırada yeni ünvanların yer alacağına böyük əminlik yaradır. Dövlətimizin başçısı İlham Əliyev hələ ötən ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində 2024-cü il ilə yanaşı, 2025-ci ildə də sakinlərinə qovuşacaq şəhərlərin adlarını açıqlamışdı. 2024-cü ildə 1400-dən artıq ailə Laçın, Cəbrayıl, Füzuli, Şuşa və Xocalı şəhərlərinə, Laçın rayonunun Zabux və Sus kəndlərinə, Xocalı rayonunun Ballıca kəndinə köçürüldü. Ağdam, Qubadlı, Zəngilan şəhərlərinə qayıdış 2025-ci ildə nəzərdə tutulub.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fevralın 18-də Ağdam rayonuna səfərləri çərçivəsində bu torpaqda aparılan işlərlə tanışlıq, həmçinin açılışında iştirak etdikləri sosial obyektlər tezliklə Ağdam şəhərinin müasir şəhərsalma standartlarına uyğun yenidən qurulması ilə yanaşı, tezliklə çal-çağırlı günlərinin qayıdışına da əminlik yaradır. Davamlı səfərlərin hər biri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bu ərazilərin müasir dövrün tələbləri əsasında yenidən qurulması və bərpası üçün bütün zəruri addımlar atılır. Ən əsası azad Qarabağda və Şərqi Zəngəzurda yeni idarəçilik sistemi tətbiq edilir. Bu ərazilərdə Prezidentin şəxsi nümayəndəsinin təyin edilməsi işlərin səmərəliliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Həmçinin şəhər və kəndlər Baş plan əsasında bərpa edilir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin uğurlu icrası şəhər və kəndlərimizin müasir simasında özünün aydın ifadəsini tapır. Ağdam şəhəri ilk “ağıllı şəhər” olacaq. Azərbaycan bu ərazilərdə görülən işlərin fonunda dünyaya müasir şəhərsalmanın təkmil modelini təqdim edir. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Ağdam və Zəngilan şəhərlərində Azərbaycan Milli Şəhərsalma forumları keçirildi. Hər iki tədbirin iştirakçılarının say tərkibinə diqqət yetirdikdə bu forumlara marağın nə qədər böyük olduğunu görürük. Belə tədbirlər işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə təqdimatında bir platformaya çevrilib. Bu torpaqlar erməni vandallığının şahidləridir. Dövlət başçısı İlham Əliyev 2022-ci ildə BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında ermənilərin 30 illik işğal dövründə törətdikləri vəhşiliklərdən, dağıntılardan geniş bəhs edərək bu reallığı xüsusi qeyd etmişdir ki, Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz. Dövlət başçısı İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsinə xidmət edən addımları sırasında bu mühüm sənədi də qeyd etmək istərdik ki, fevralın 20-də Prezident İlham Əliyev “Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, Qarabağ tarixinin və mədəni irsinin dərindən öyrənilməsi, Pənahəli xan tərəfindən əsası qoyulan Qarabağ xanlığı barədə tarixi faktların təbliği və gələcək nəsillərə ötürülməsi məqsədilə Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılır. Nazirlər Kabinetinə “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin və Muzey Kompleksinə daxil ediləcək digər dövlət əmlakının Mədəniyyət Nazirliyinin balansına verilməsi ilə bağlı zəruri tədbirlər görmək, Muzey Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsində Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini təmin etmək tapşırılıb.

Vüqar Rəhimzadə vurğulayıb ki, son dörd ildə azad edilmiş ərazilərdə görülən işlər bu torpaqların sahibinin Azərbaycan xalqı olduğunu təsdiqləməklə yanaşı, böyük qurucu xalq olduğumuzu da nümayiş etdirir. Bu torpaqların sahibi olaraq Azərbaycan bütün işləri öz daxili imkanları hesabına həyata keçirir. Böyük Qayıdışla bağlı qəbul edilən Dövlət Proqramına uyğun ilk olaraq vacib sosial obyektlərin açılması göstərir ki, Azərbaycan xalqı öz soy-kökünə və doğma torpaqlarına bağlıdır. Cənab İlham Əliyevin bu rayonlara hər bir səfəri xeyli sayda kəndlərin təməlqoyma mərasimlərinin keçirilməsi ilə diqqətdə olur. İrimiqyaslı infrastruktur layihələrinin icrası, enerji ilə təchizata diqqətin artırılması mərhələli, plan üzrə davam etdirilir. Səkkiz ayda inşa olunan Füzuli, ondan sonra istifadəyə verilən Zəngilan Beynəlxalq Hava limanlarının inşası Qarabağın və Şərqi Zəngəzurun dünyaya açılan hava qapısı olmaqla turizmin inkişafına önəmli töhfələrdir. Bu il istifadəyə verilməsi nəzərdə tutulan Laçın Beynəlxalq Hava Limanının inşası ilə bu imkanlar daha da genişlənəcək.

Fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olan Prezident İlham Əliyev kənd sakinləri ilə görüşündə də bu reallıqlara xüsusi diqqət yönəltdi. Bildirdi ki, Ballıca və yüzlərlə digər yaşayış məntəqəsi artıq işğalçılardan tam azad olunmuşdur və indi həyatı bərpa edirik. Yəni, hər şeyi mərhələli yollarla, öz gücümüzlə edirik. Öz gücümüzə, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri qısa müddət ərzində aparılır. Ballıca kəndi bərpa etdiyimiz və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir. Yəni, bu, Böyük Qayıdış Proqramının birinci mərhələsinə aiddir. Artıq burada 500-ə yaxın insan yaşayır. Bu gün bölgəni, bu yerləri görməyən balaca uşaqlar, gənclər həvəslə qayıdırlar, işləyirlər, qururlar, yaradırlar. Bu, bir daha xalqımızın nə qədər yüksək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir.

Milli Məclisin deputatı bir daha diqqəti 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində ərazilərimizin separatçılardan təmizlənməsinə, bu torpaqlarda Azərbaycan Bayrağının ucaldılmasına yönəldərək bildirib ki, suverenliyimizin bərpasından ötən qısa müddətdə, 8 ay ərzində görülən işlər nəticəsində Xocalı şəhəri ilk sakinlərini qarşıladı. Ötən ilin 28 May-Müstəqillik Gününə təsadüf edən bu qürurverici hadisədən öncə, fevralın 26-da Xocalı şəhərində Xocalı faciəsinin 32-ci ildönümü qeyd olundu. Dövlət başçısı İlham Əliyev həmin səfər çərçivəsində Xocalı Soyqırımı Memorialının təməlini qoydu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Mərasim iştirakçıları ilə görüşündə Prezident İlham Əliyev bu çağırışı etdi ki, otuz iki ildən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir.

Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin fevralın 19-da Xankəndi şəhərinə səfəri zamanı görülən işlərlə tanışlığından da bəhs edərək vurğulayıb ki, ölkə Prezidenti Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Bulud” hotelinin açılışında iştirak etdi. Həmçinin Zəfər parkının təməlqoyma mərasimi oldu. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki ilə də tanış oldu. Təkcə bir səfər çərçivəsində görülən işlərin miqyası ümumilikdə aparılan bərpa-quruculuq işlərinin aydın mənzərəsini yaradır. Onu da qeyd edək ki, Xankəndi şəhəri də yaxın zamanlarda sakinlərinə qovuşacaq şəhərlərimiz sırasındadır.

Millət vəkili onu da bildirib ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasının prioritetliyi dövlət büdcəsindən ayırmalarda da öz təsdiqini tapır. 2025-ci il də daxil olmaqla 2020-ci ildən başlayaraq dövlət büdcəsindən bərpa-quruculuq işlərinə 22 milyard manata yaxın vəsait ayrılıb. Görülən işlərin hazırkı miqyası gələcək barədə aydın təsəvvür yaradır.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ukraynalı milyarder Axmetov rekord qiymətə mənzil aldı - 554 milyon dollar... Dünyanın ən bahalı evi...

Hörmüz düyünü Avropanı hərəkətə gətirdi - Azərbaycanın layihəsinə 3.3 milyard ayrıldı...

İran ətrafındakı vəziyyət hərbi əməliyyatları Xəzər dənizinə keçirir...

SON XƏBƏRLƏR

23.04.2026 / 18:10
İranın devrilmiş şahının oğlunu Berlində qırmızıya boyadılar...

23.04.2026 / 17:58
Sülhü pozmaq istəyənlər Ermənistanda geniş "genosid tədbirlırinə" hazırlaşır...

23.04.2026 / 17:49
Azərbaycanın dövlət sərhədlərinin tam bərpasına aparan tarixi hadisə...

23.04.2026 / 17:43
Moskva seçki ərəfəsində İrəvana hücumu sərtləşdirdi...

23.04.2026 / 17:22
Rusiya ABŞ və Azərbaycana xoş gəlmək üçün Zəngəzur dəhlizini özü inşa etmək niyyətinə düşüb...

23.04.2026 / 17:17
Xəzər dənizi fəlakətli dərəcədə dayazlaşır, su hövzəsinin xilası üçün vaxt daralır...

23.04.2026 / 17:03
Lənkəran Dövlət Universitetinə rektor təyin edildi

23.04.2026 / 16:47
Nəsimidə “Iphone” oğurlayan şəxsin başqa cinayəti də açıldı - VİDEO

23.04.2026 / 16:26
Sahibə Qafarova çinli nazirlə görüşdü

23.04.2026 / 16:15
Səfərbərlik ...Xidmətinin Ağdaş şöbəsində korrupsiya əməliyyatı - vəzifəli şəxslər tutuldu...

23.04.2026 / 16:07
Neft Fondunun 3 ayda neft-qaz sazişlərindən əldə etdiyi gəlir açıqlandı - 1,8 milyard...

23.04.2026 / 15:58
Azərbaycandan ən çox neft alan ölkənin lideri Bakıdan daha nə istəyəcək?..

23.04.2026 / 15:44
Dövlət Neft Fondunun aktivləri 74 milyard dollara yaxınlaşır

23.04.2026 / 15:23
ABŞ İsraildən imtina edə bilər -səfir Barakdan sensasiya...

23.04.2026 / 15:17
Putin Qazaxıstan neftindən imtina etdi - ümid yenə Bakıya qaldı...

23.04.2026 / 14:49
Latviya Bakı-İrəvan sülhünə böyük önəm verdi...

23.04.2026 / 14:37
Brüsseldən Rusiyaya ikiqat həmlə - Orbanın süqutu və yeni sanksiya paketi...

23.04.2026 / 14:24
Bakı-İrəvan:qarşılıqlı səfərlərə başqa dövlətlər də qarışır...

23.04.2026 / 14:02
ABŞ-İran müharibəsinin ən qaranlıq dövrü açıldı - Tramp hücum risqi etməyəcək, saziş olmayacaq...

23.04.2026 / 13:55
Nəzarətsiz internet, məsuliyyətsiz valideynlər və qatilə çevrilən uşaqlar...

23.04.2026 / 13:46
ABŞ-İsrail müharibəsinin kökləri

23.04.2026 / 13:25
Nazir Vilayət Eyvazov Göyçayda qəbul və sıra baxışı keçirəcək

23.04.2026 / 13:11
Maştağada evdən 7 minlik qızıl oğurlayan şəxslər yaxalandı...

23.04.2026 / 12:57
TƏBİB-dən xəstəxanalarda rəhbər dəyişiklikləri ilə bağlı açıqlama...

23.04.2026 / 12:50
Prezident: "Bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər"

23.04.2026 / 12:43
"Azərbaycan xalqının ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir" - Prezident

23.04.2026 / 12:36
Prezident İlham Əliyev Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıb

23.04.2026 / 12:20
Bakıda sinif yoldaşlarını hədələdiyi deyilən şagirdlə bağlı açıqlama yayıldı

23.04.2026 / 12:06
ABŞ Departamenti amerikalıları Azərbaycan vasitəsilə İranı tərk etməyə çağırdı

23.04.2026 / 11:45
Tramp İranla müharibəyə görə bəzi müttəfiqlərini cəzalandıracaq – siyahı hazırlanır...

23.04.2026 / 11:28
Azərbaycanda daha bir məktəbdə hadisə - polis hərəkətə keçdi... - YENİLƏNDİ

23.04.2026 / 10:48
Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak ala biləcək...

23.04.2026 / 10:38
Axtarışda olan iki nəfər Rusiyadan Azərbaycana gətirildi

23.04.2026 / 10:25
ABŞ-da növbəti səs-küylü istefa...

23.04.2026 / 10:19
Müəllim şagirdə qışqırarsa 200 manat cərimə… Hara gedirik?..

23.04.2026 / 10:07
İsrail ŞOKda - F-15 qırıcı texniklərinin İran agenti olduqları ortaya çıxdı...

23.04.2026 / 09:50
Məktəblərdə kütləvi yoxlamalar başladı...

23.04.2026 / 09:19
Avtoşluq edib görüntüləri sosial şəbəkədə paylaşdılar, həbs edildilər

23.04.2026 / 08:57
Trampın İran planı ortaya çıxdı - kritik gün açıqlandı...

22.04.2026 / 22:58
İran sualtı internet kabellərini vuracaq? - Fars körfəzində gərginliyi artıracaq iddia...

22.04.2026 / 22:23
Ukraynalı milyarder Axmetov rekord qiymətə mənzil aldı - 554 milyon dollar... Dünyanın ən bahalı evi...

22.04.2026 / 21:48
ABŞ və Avroittifaq Ermənistanda Putinə qarşı “seçki ittifaqı” qurdular...

22.04.2026 / 21:06
Bank borclularının “evi yıxıldı” - icraçılara elə səlahiyyətlər verildi ki...

22.04.2026 / 20:41
Bakıda sinif yoldaşını yandıran şagird həbs edildi

22.04.2026 / 20:32
Paşinyan erməni cəmiyyətini “mat etdi” - Qarabağ hərəkatını yenidən başlatsaq...

22.04.2026 / 20:10
"Kontakt Home"da qanun pozuntuları aşkarlandı

22.04.2026 / 19:56
Prezident İlham Əliyev: "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan-Latviya münasibətlərini yüksək səviyyəyə qaldırdı"

22.04.2026 / 19:51
Hörmüz düyünü Avropanı hərəkətə gətirdi - Azərbaycanın layihəsinə 3.3 milyard ayrıldı...

22.04.2026 / 19:34
Tramp atəşkəsi guya İranın müraciəti ilə uzatdığını bəyan etdi - doğru, ya növbəti yalan...

22.04.2026 / 19:17
Ermənistan hakimiyyəti-kilsə qarşıdurması yenidən şiddətləndi...

22.04.2026 / 19:10
İraqın İrana dəstəyi ABŞ-ı qəzəbləndirdi... Bağdadın neft pulları donduruldu - tərəfinizi seçin...

22.04.2026 / 18:43
Tramp mövqeyini yenə dəyişdi - İranın psixoloji üstünlüyü möhkəmlənir...

22.04.2026 / 18:39
Həmişə belə danışın, Emin Əmrullayev...

22.04.2026 / 18:27
Cənubi Qafqazın yeni arxitekturasında Azərbaycan mərkəzi rol aldı...

22.04.2026 / 18:24
Problemli kreditlərin üstündə yeni ziddiyyətlər meydana çıxır...

22.04.2026 / 18:19
Avropa İttifaqı Ermənistandakı anti-Azərbaycan missiyasının statusunu dəyişdi...

22.04.2026 / 18:07
İran ətrafındakı vəziyyət hərbi əməliyyatları Xəzər dənizinə keçirir...

22.04.2026 / 17:56
Dünya Azərbaycandan keçən Dəhlizə milyardlar yatırmağa başladı - başqa etibarlı marşrut yoxdur...

22.04.2026 / 17:17
Türkiyə İran müharibəsinə görə ABŞ-a qarşı sərt mövqedən hələ çəkinir... Niyə?

22.04.2026 / 17:04
Latviya lideri Prezident İlham Əliyevə təşəkkür etdi

22.04.2026 / 16:58
İrəvan İsrailə "yaxınlaşma kursu" təklif etdi - bəs dost İran?

22.04.2026 / 16:35
Ağsulu şəhid Yadigar Vahabovun anası: “Harada vuruşduğunu deməzdi...”

22.04.2026 / 16:26
Prezidentlərin iştirakı ilə Azərbaycan-Latviya biznes forumu keçirilib - FOTO/YENİLƏNDİ

22.04.2026 / 16:10
Madyar Macarıstanda Netanyahunun həbsinə zəmin hazırlayır...

22.04.2026 / 15:58
Suriyadan daha 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

22.04.2026 / 15:33
Tramp öz kürəkəni ilə Tehrana gizli mesajlar ötürməyə çalışır(?)...

22.04.2026 / 15:10
Hörmüz boğazında gərginlik artır - İran iki gəmini ələ keçirdi...

22.04.2026 / 15:09
İstanbul forumunda ABŞ səfirindən “demokratiyaya təhqir” çıxışı...

22.04.2026 / 14:53
ABŞ-da Trampa görünməmiş ittihamlar -“uydurma sui-qəsd, Netanyahunun təhrikilə müharibə...”

22.04.2026 / 14:50
Prezident İlham Əliyevin adından Latviya Prezidenti Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verilib

22.04.2026 / 14:29
Vüqar Rəhimzadə: Belçika və Niderland parlamentlərinin qərəzli qətnamələri sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır

22.04.2026 / 14:20
Körfəz ölkələri TƏŞVİŞDƏ... İran cənub qonşularını təhdid etdi - neft gəlirlərinizi itirərsiniz. ..

22.04.2026 / 14:07
"Sülh sazişinin imzalanması təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq"

22.04.2026 / 13:45
Binə qəsəbəsində narkopriton aşkarlandı, 5 nəfər saxlandı... - VİDEO

22.04.2026 / 13:40
"Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri normal mühitin bərqərar edilməsinə töhfə verir" - Prezident

22.04.2026 / 13:33
Bakıda 11 min manatlıq mühərrik oğurluğunun üstü açıldı...

22.04.2026 / 13:25
Prezident İlham Əliyev latviyalı həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb

22.04.2026 / 13:17
TRIPP layihəsinin icrasına bu tarixdən başlanacaq - Paşinyan açıqladı...

22.04.2026 / 13:16
"Əminəm ki, Latviya Prezidentinin bu səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq" - Prezident

22.04.2026 / 12:52
YAP-ın MSK üzvlüyünə namizədləri məlum oldu...

22.04.2026 / 12:45
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

İctimai maraqlar beynəlxalq münasibətlərdə...

XƏBƏR ARXİVİ