ABŞ-ın təhlükəsizlik üzrə müttəfiqi Avstraliya da Rusiyanın təcavüzkar olduğunu və Ukraynanın şərtləri ilə müharibəyə son qoyulmalı olduğunu bildirib. Avstraliyanın müdafiə naziri Riçard Marles deyib ki, müharibə Ukraynaya çox böyük ziyan vurub, lakin heç bir şərtlə sülh ola bilməz, Reuters xəbər verir. "Müharibə Ukraynanın şərtləri ilə həll edilməlidir, çünki burada təcavüzkar Rusiyadır və qlobal qaydalara əsaslanan nizamın bütövlüyü təhlükə altındadır", - deyə Marles bildirib. “Biz buna son qoymaq cəhdlərini alqışlayırıq, lakin bu, Ukraynanın şərtləri ilə olmalıdır və biz bu işdə Ukraynanı dəstəkləməyə davam edəcəyik”, - deyə o vurğulayıb. Nəşr qeyd edib ki, Avstraliya Çinin artan hərbi qüdrətindən narahat olan Hind-Sakit okean regionunda ABŞ-ın mühüm müttəfiqidir.
Surxay Əliyev