ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbətində bildirib ki, Rusiyanın Ukrayna ilə bağlı danışıqlarda mühüm kozır var, çünki o, böyük ərazilərə nəzarət edir. "Düşünürəm ki, ruslar müharibəni bitirmək istəyir. Tramp əmin olduğunu bildirib ki, Ukrayna münaqişəsi bir il ərzində həll oluna bilər, əks halda üçüncü dünya müharibəsi baş verə bilər. Amerika lideri həmçinin qeyd edib ki, hakimiyyət nadir torpaq metalları üzrə Ukrayna ilə sövdələşməni reallaşdıracaq. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti sövdələşmədən imtina etməklə, Kiyevdə olarkən ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessentlə “kobud rəftar edib”. Amerika lideri daha əvvəl ABŞ-ın Ukraynaya “Avropadan 200 milyard dollar dəyərində” yardım verdiyini, lakin bu vəsaitlərin qaytarılması mexanizminin işlənmədiyini bildirib. Bu baxımdan prezident Kiyevdən yatırılan pul ekvivalentində nadir torpaq metalları almaq istərdi. Məlum olduğu kimi, Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya ilə ABŞ arasında uzun illərdən sonra ilk genişmiqyaslı danışıqlar baş tutub. Danışıqlarda digər məsələlərlə yanaşı, Ukraynadakı münaqişənin həlli məsələsi də qaldırılıb.
Surxay Əliyev