"Ukraynadakı durum Cənubi Qafqazda vəziyyəti dəyişəcək, Rusiya özünü qalib kimi hiss edəcək və Ukraynadakı müharibəyə nəhəng qüvvə sərf etməli olmayacaq." Bu barədə politoloq Aleksandr İsgəndəryan Ermənistan xəbərləri – NEWS.am-in müxbiri ilə söhbətində bildirib. “Lakin mən Rusiyanın postsovet məkanında, xüsusən də Cənubi Qafqazda əvvəlki mövqelərini bərpa edəcəyini düşünmürəm. Məncə, bu, artıq mümkün deyil. Rusiyanın siyasətində dəyişiklik olacaq, bu situasiya xarakterli olacaq. Eyni çaya iki dəfə girmək mümkün deyil. Dəyişikliklər olacaq, lakin onlar radikal ola bilməz”, - deyə İskəndəryan qeyd edib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan konfiqurasiyasına qayıtmağa heç bir yer yoxdur. “Rusiyanın bu ölkələrə təsir edəcək rıçaqlar sadəcə mövcud deyil. Belə təsir aləti Ermənistanla Azərbaycan arasındakı münaqişə və Dağlıq Qarabağın mövcudluğu idi. Rusiyanın Ermənistana təsir etməsi üçün Azərbaycan, Azərbaycana təsir etmək üçün isə Ermənistan lazım idi. Bu iki ölkənin arasında isə bu vəziyyəti yaradan “DQR” olub. “Bütün bunlar isı indi yoxdur” deyə İskəndəryan yekunlaşdırıb.
Surxay Əliyev