2022-ci ildə genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi başlayanda Marko Rubio Florida ştatından senator və Senatın Kəşfiyyat Komitəsinin sədr müavini idi. Davamlı olaraq çox sərt bəyanatlar verən Rubio israrla qeyd edirdi ki, ABŞ Ukraynanı bütün gücü ilə dəstəkləməlidir. Vladimir Putini yalançı və hərbi cinayətkar adlandıran Marko Rubio onunla danışıqlara cəhd edənləri ələ salırdı. Üç il sonra MarkoRubio ABŞ Dövlət Katibi oldu və onun ritorikası dəyişdi. 18 fevral 2025-ci il - Marko Rubio Ər-Riyadda Rusiya ilə danışıqlarda Amerika nümayəndə heyətinə başçılıq edir. Danışıqlar qurtardıqdan sonra isə bəyan edir ki,istənilən münaqişəyə son qoymaq üçün bütün tərəflər güzəştə getməlidir. Əgər bu münaqişə məqbul şəkildə başa çatarsa, Rusiya ilə tərəfdaşlıq üçün inanılmaz imkanlar yaranar. Baş verənlər qarşılıqlı maraq kəsb edən məsələlərlə yanaşı geosiyasi, iqtisadi baxımdan bütün dünyaya fayda verərək uzunmüddətli perspektivdə bu iki mühüm ölkə arasında münasibətləri yaxşılaşmasına səbəb olacaq. Surxay Əliyev