Rusiya prezidenti Vladimir Putin fevralın 18-də Ər-Riyadda baş tutan Rusiya-Amerika danışıqlarının nəticələrini “yüksək” qiymətləndirdiyini bildirib. O “Bəli, mənə danışıqların nəticələri haqqında məlumat verildi. Mən onları yüksək qiymətləndirirəm. "Nəticə var" deyə Putin bildirib. O, həmçinin Moskva və Vaşinqtonun “diplomatik missiyaların normal fəaliyyətini bərpa etmək barədə razılığa gəldiyini” təsdiqləyib. Bu barədə bir gün əvvəl ABŞ dövlət katibi Marko Rubio məlumat verib. Surxay Əliyev