ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə gəlib. Onu ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink qarşılayıb. Jurnalistlərə səfərini şərh edən Kelloq səfəri yaxşı potensial danışıqlar aparmaq üçün şans olduğunu bildirib: “Biz qulaq asacağıq. Lazım olanı təmin etməyə hazırıq. Biz təhlükəsizlik zəmanətlərinə ehtiyac olduğunu başa düşürük. Mənim missiyam dinləməkdir. Sonra mən ABŞ-a qayıdacağam və hər şeyi düzgün başa düşməyimizə əmin olmaq üçün prezident Trampla danışacağam”, - deyə ABŞ prezidentinin xüsusi nümayəndəsi bildirib. Kellog onu da deyib ki, Tramp o zaman prezident olsaydı, müharibə başlamazdı. O insanların əziyyət çəkdiyini başa düşür, orada necə bir dağıntı olduğunu anlayır. Və biz bütün bunların bitməsini istəyirik”, - deyə o əlavə edib.
Surxay