Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasının açılış mərasimində bildirib ki, Azərbaycan BMT-nin qətnamələrini təkbaşına yerinə yetirib, öz ərazi bütövlüyünü bərpa edib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, dünyanın indi ehtiyacı olan ən əsas məsələ beynəlxalq norma və prinsiplərə tam əməl olunmasıdır: “Mənfi tendensiyaları geri qaytarmağın, dünyada sülhə, əmin-amanlığa nail olmağın yeganə yolu çoxtərəfli əməkdaşlıqlardır”.
Mətləb Salahov