Zelenskinin Kiyevin Səudiyyə Ərəbistanında Rusiya-Amerika danışıqlarında iştirakına icazə vermədiyinə görə ABŞ-ı tənqid etməsindən sonra ABŞ prezidenti Donald Tramp Ukraynada prezident seçkilərinin keçirilməsinə çağırıb. CNN və The Guardian Trampın bu sözlərini sitat gətirir. “Onlar masa arxasında oturmaq istəyirlər, amma burda Ukrayna xalqının səsi yoxdur. Çoxdandır ki, seçki keçirmirlər”. Fevralın 18-də Floridadakı Mar-a-Laqo iqamətgahında jurnalistlərə açıqlama verən Tramp deyib ki, bizdə belə bir rəy yaranıb ki, Ukraynada seçki olmayıb, Ukraynada faktiki olaraq hərbi vəziyyət var. Ukrayna liderinin reytinqi cəmi 4% təşkil edir.. Nəhəng bir söküntü sahəsinə bənzəyən ölkə param-parça olub, əksər şəhərlər dağıdılıb. Üstəlik, Tramp münaqişənin başlamasında Ukraynanı günahlandırıb. Və əlavə edib ki, Rusiya nəsə etmək istəyir. “Onlar vəhşi barbarlığı dayandırmaq istəyirlər”.Tramp, fevralın sonuna qədər Rusiya prezidenti Vladimir Putinlə görüşə biləcəyini də vurğulayıb. “Düşünürəm ki, bu müharibəni bitirmək üçün gücüm var və düşünürəm ki, işlər çox yaxşı gedir” –deyən Tramp onu da deyib ki,ABŞ Ukraynaya sülhməramlılarını göndərməyəcək, çünki “biz çox uzaqdayıq”.
Surxay Əliyev