ABŞ Prezidenti Donald Tramp dünyanı şoka salan bəyanatla çıxış edib. Ağ Ev rəhbərinin hədəfində Ukrayna Prezidenti Volodimir Zelenski olub. D.Tramp öz iqamətgahında jurnalistlərlə görüşündə Rusiya ilə münaqişə kontekstində Ukraynanın mövqeyindən məyus olduğunu deyib. SİTAT: "Onların üç ili var idi. Ukraynaya verdiyimiz bütün pullar hara getdi? Zelenskinin özü ABŞ-ın ayırdığı vəsaitin yarısının harada olduğunu bilmir. Ukrayna danışıqlar masası arxasında oturmaq istəyirsə, seçkiyə ehtiyacı var. Zelenskinin ukraynalılar arasında reytinqi 4 faizdir. Rusiya çox sürətlə Ukrayna şəhərlərini, o cümlədən Kiyevi 100% məhv etməyə qadirdir, lakin bunu etmək istəmir. Zelenski administrasiyası müharibənin davam etməsinə icazə verdi”, - Tramp bildirib. Açıq-aydın görünən odur ki, hazırkı ABŞ rəhbərliyi V.Zelenski olmadan yeni Ukrayna barədə planlar reallaşdırmağı hədəfləyir.
Mətləb Salahov