Astanada keçirilən mətbuat konfransında Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev qəzaya uğrayan AZAL təyyarəsi barədə danışıb. Qazaxıstan rəsmisi bildirib ki, AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmaya dair yekun hesabat 2025-ci ilin sonuna qədər təqdim ediləcək.
"ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) tələbləri, standartları və tövsiyə olunan təcrübəsinə əsasən, araşdırma bir il çəkir. Müvafiq olaraq, cari ilin dekabrına qədər araşdırma üzrə yekun hesabat tamamlanmalıdır", - qazaxıstanlı nazir müavini bildirib.
Mətləb Salahov