Trampın Putinlə razılığa gəlməyə tələsməsi Ukrayna və Avropanı çətin vəziyyətdə qoyur. Hətta çoxları Trampın bu hərəkətlərindən qorxur.Ukraynadakı müharibəni tez bir zamanda bitirmək cəhdi ilə ABŞ prezidenti Donald Tramp qlobal siyasətdə “təhlükəli çat açır”.-bu barədə yazan CNN qeyd edir ki,yanğını tez bir zamanda dayandırmaq üçün tələskən "ədalət" çətin ki, əldə olunsun. Buna görə də təkcə Ukraynanın deyil, bütün Avropanın yaşaması və təhlükəsizliyi məsələsinə toxunulur,hansı ki,Amerika lideri, medianın yazdığı kimi,buna maraq göstərmir. Məqalədə deyilir: “Trampı sadəcə olaraq elə gəlir ki,bütün bunlarda məqsəd onun əsl istəyindən – səmimi şəkildə heyran olduğu dünya liderlərindən biri olan Putinlə şəxsi görüşdən yayındırmaqdır”. Eyni zamanda, ABŞ prezidentinin hələ də güclü təsir resursları var, ona görə də onun Putinlə birbaşa əlaqə kanalı nəzəri cəhətdən vəziyyəti dəyişə bilər. Jurnalistlər yazır ki, Putin işğal olunmuş ərazilərdən ordunu yenidən silahlandırmaq və müharibənin yeni mərhələsinə hazırlaşmaq üçün istifadə edir. Onun uzunmüddətli strategiyası Ukraynada sabitliyi pozmaq və Kiyevdə Kremlə sadiq bir rejim qurmaqdır, Tramp isə nəticələrini nəzərə almadan tez bir sövdələşməyə getmək istəyir.UNIAN isə daha əvvəl məlumat vermişdi ki, Tramp hələ dialoqdan əvvəl Putinə güzəştə gedib. Baş verənlər Kiyevdə və onun Avropalı müttəfiqləri arasında narahatlıq yaradıb, onlar Donald Trampın Kreml diktatorunun şərtləri əsasında nizamlanma ilə razılaşa biləcəyindən ehtiyat edirlər. Bundan başqa, Tramp Ukraynanı ABŞ-ın iqtisadi müstəmləkəsinə çevirmək istəyir.
Surxay Əliyev