Qazaxıstanın Ulıtau vilayətində mədənin çökməsi nəticəsində ölən yeddinci mədənçinin meyiti xilasetmə qrupları tərəfindən tapılıb. Bu barədə Qazaxıstan FHN məlumat yayıb. “Qazaxmıs” MMC-yə məxsus mədəndə aparılan axtarış-xilasetmə işləri zamanı yeddinci əməkdaşın meyiti tapılıb. Onun kimliyi müəyyənləşdirilir. Yeddi işçinin hamısının meyitləri səthə qaldırılıb və məhkəmə-tibbi ekspertiza üçün polis əməkdaşlarına təhvil verilib”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, fevralın 17-də respublikanın Ulıtau vilayətindəki “Jomart” mədənində dağ kütləsinin uçması nəticəsində yeddi işçi uçqun altında qalmış, onlarla əlaqə kəsilmişdi. Daha sonra xilasetmə qrupları uçqun yerində altı meyit aşkar etmişdilər.
Mətləb