Parisdə bir qrup əlcəzairli Fransanın kolonial siyasətinə qarşı etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları Fransa hökumətini Əlcəzairdə törətdiyi cinayətləri tanımağa çağırıblar. Etirazçılar müstəqillik uğrunda canını fəda etmiş əlcəzairli şəhidlərin kəllələrini eksponat kimi Parisdə muzeydə nümayiş etdirməyin insanlığa sığmayan bir rəzalət olduğunu bildiriblər. Qeyd edilib ki, başları kəsilmiş əlcəzairli əsgərlərin kəllələri Əlcəzairə qaytarılmalıdır. Aksiya zamanı Fransanın Əlcəzairdə apardığı nüvə sınaqları nəticəsində minlərlə insanın həlak olduğu, yerli əhalinin zorla deportasiyaya məruz qaldığına toxunulub.
Mətləb