çərşənbə günü, 07 oktyabr 2026
     

Prezident məmurları təvazökarlığa çağırır, generallar 100 minlik maşınlardan düşmür...

Image


“Prezidentin tövsiyələrinə əməl etmək əvəzinə dövlət büdcəsinin vəsaitlərini sağa-sola, lazımsız yerlərə xərcləyirlər, qiyməti 100-150 min manatlarla ölçülən maşınlarda gəzirlər”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin generallarının 100 minlik avtomobillərdə Şəhidlər Xiyabanını ziyarət etməsi geniş müzakirələ səbəb olub.

Mətbuatın araşdırmasına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) üçün yeni alınan onlarla “Hyundai Azera” model avtomobilin 1 ədədinin bazar qiyməti 100 min manata yaxındır.
Qeyd edək ki, fevralın 13-də SHXÇDX-nın
yaradılmasının 13 ili tamam olub. Bu münasibətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin general olan rəhbər şəxsləri və şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarətə yeni avtomobillərlə gəliblər. Dediyimiz kimi, SHXÇDX generallarının 100 minlik maşınlardan istifadə etməsi geniş ictimai müzakirələrə səbəb olub və bu, ölkənin kütləvi informasiya vasitələrində yayılıb.

İctimaiyyətdə “Səfərbərlik Xidmətinin rəhbərlərinin 100 minlik maşınlarda gəzməsi çox vacibdir?” kimi suallar da səsləndirilir.

Ümumiyyətlə, dövlət müəssisələrinin rəhbərlərinin, xüsusən də SHXÇDX kimi vacib bir strukturunun rəhbərlərinin belə bahalı maşınlarda gəzməsi nə dərəcədə doğrudur? Cəmiyyəti niyə qıcıqlandırırlar?

Azərbaycan Prezidenti dəfələrlə deyib ki, təvazökar olmaq lazımdır. Hətta ölkə başçısı məsələ qaldırmışdı ki, məmurlar, dövlət qurumlarının rəhbərləri Azərbaycanda istehsal edilən avtomobillərdən istifadə etsin. Yadınıza salaq ki, 2016-cı ilin 27 yanvar ayında İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı məmurların bahalı xarici avtomobillərdən istifadə etməsini tənqid edərək və onlara Naxçıvan MR-nın istehsalı olan “NAZ-Lifan” avtomobillərindən istifadə etmələrini tövsiyə etmişdi. O müşavirədən 9 il keçib, məmurlar isə Prezidentin tövsiyəsinə əməl etmək əvəzinə, bir-birinin bəhsinə dövlət büdcəsi hesabına özlərinə bahalı maşınlar alırlar.

Məmurlar niyə 100-150 minlik maşınlarla gəzməlidirlər? O pulları başqa sahələrə yönəltmək olmazmı? O vəsait hesabına o məmurların rəhbərlik etdiyi sahələrdəki problemləri həll etmək daha məqsədəuyğun olmazmı, nəinki onların bahalı maşınlarda gəzməsi?

Prezident İlham Əliyev dəfələrlə məmurlara tövsiyə edib ki, təvazökar olmalısınız: “Siz öz davranışınızla insanların hörmətini qazanmalısınız. Təvazökar olmalısınız, həm işdə, həm məişətdə, həm özünüz, həm yaxın qohumlarınız. İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz”.

Prezident dəfələrlə vurğulayıb ki, məmurlar yerli istehsal məhsullarından istifadə etməlidir, kabinetlərinə yerli mebellər qoymalıdır, ölkədə istehsal olunan maşınlarda gəzməlidir.

Ekspertlər bildirir ki, məmurların cəmiyyəti qıcıqlandıran davranışlar sərgiləməsi, bahalı evlərdə, villalarda yaşaması, qiyməti 100 min manatlarla ölçülən avtomobildə gəzməsi mənfi bir haldır, bu, ölkə başçısının tövsiyələrinə birbaşa ziddir. Ekspertlərə görə, xüsusən də Hərbi Çağırış Xidmətinin rəhbərlərinin belə maşınlarda gəzməsi cəmiyyətdə çox böyük narazılıq və qıcıq yaradır, hətta bəziləri bunun bağışlanılmaz, qəbuledilməz olduğunu düşünür. Belə bir vacib qurumda böyük postlar tutan şəxslərdən daha çox təvazörluq gözləndildiyini deyən ekspertlər deyir ki, SHXÇDX rəhbərlərinin 100 minlik maşınlarda xalqımızın igid oğullarının, qəhrəmanlarımızın uyuduğu Şəhidlər Xiyabanını ziyarət etməsi çox mənfi reaksiyalara səbəb oldu. Təkcə bu qurumun rəhbərləri deyil, dövlət qurumlarının mütləq əksəriyyətinin rəhbərləri belə bahalı maşınlarda gəzməyi özlərinə şöhrət bilirlər, halbuki, o bahalı maşınların alınmasına xərclənən vəsaiti başqa yerlərə yönəltmək olar.

Elyar İslamoğlu: “Dövlət qurumları rəhbərlərinin bahalı maşınlarda gəzməsi də cəmiyyətdə qıcıq yaradır”

Filologiya üzrə fəlsəfə doktoru, tanınmış ictimai fəal Elyar İslamoğlu baki-xeber.com-a bildirdi ki, məmurların bahalı həyat tərzi, təvazökarlıqdan uzaq davranışları cəmiyyətdə qıcıq və narazılıq yaradır. E.İslamoğlunun sözlərinə görə, bu, açıq-aşkar dövlət büdcəsinin talanması deməkdir. Məmurların Prezident İlham Əliyevdən örnək götürməli olduğunu deyən ekspert hesab edir ki, dövlət qurumlarının əksəriyyətində biz bunu görmürük. “Bilirsiz ki, Prezident İlham Əliyev tövsiyə edib ki, yerli istehsala marağın artırılması məqsədilə “NAZ-Lifan” avtomobillərindən istifadə etsinlər . O vaxt bəzi məmurların “NAZ-Lifan” avtomobillərini aldıqlarını gördük, təəssüflər olsun ki, bu gün yerli avtomobillərdən xidməti maşın olaraq istifadə etmirlər. Biz daha çox məmurların 100, 200 minlik, onlardan da bahalı maşınlarda işə, yaxud hansısa tədbirə getdiyinin şahidi oluruq. Dövlət qurumları rəhbərlərinin bahalı maşınlarda gəzməsi də cəmiyyətdə qıcıq yaradır. Çünki o avtomobillər dövlət büdcəsi hesabına aılınır, bu da büdcənin səmərəsiz şəkildə istifadə olunması deməkdir. Çox təəssüflər olsun ki, aidiyyəti dövlət qurumları bu faktlarla bağlı araşdırma aparıb Prezident İlham Əliyevə düzgün hesabat təqdim etmirlər. Həmin bahalı maşınlar həm də çoxlu benzin israfı deməkdir. Təbii ki, o nazirliklərin, o qurumların benzini həm bu şəkildə israf etməsi, həm də dövlət büdcəsi hesabına həmin maşınların bahalı qiymətlərə alınması büdcədən külli miqdarda vəsaitin xərclənməsi hesabına başa gəlir. Çox təəssüf ki, SHXÇDX rəhbərləri də çox bahalı maşınlardan istifadə edirlər.

Xeyli müddətdir ki, biz mətbuatda bu qurumun regionlar üzrə təmsilçilərinin rüşvətxorluq əməlləri barədə məlumatlara da rast gəlirik. İstər müharibə dövründə səfərbərlik məsələsində, istərsə də hərbi çağırış zamanı yol verdikləri nöqsanlarla bağlı xeyli məhkəmə işinə rast gəlirik. Bu xidmətin müəyyən əməkdaşları həbs olundular, cəzalandırıldılar. Yaxşı olardı ki, bu cür bahalı maşınlarla Şəhidlər Xiyabanına gəlməkdənsə, yerli maşınlarla bu müqəddəs məkanı ziyarət edəydilər, bu onların təvazökar olduğunu göstərərdi. İctimaiyyət də düşünərdi ki, bu xidmətin generalları, yüksək rütbəli şəxsləri təvazökardır, Prezidentin tövsiyələrini bütün fəaliyyətlərində əsas götürürlər. Təəssüf ki, biz bunu görmədik. Araşdırma aparsaq görərik ki, onların övladları, yaxınları, ailə üzvləri heç Vətən müharibəsində iştirak etməyiblər, ailələrində şəhid və qazi yoxdur”.

E.İslamoğlunun sözlərinə görə, bu halda da məmurlar xalqın yaşadıqlarını canlarında hiss etmir və dövlətin büdcəsini talamaqla özlərinin şəxsi maraqlarını təmin edirlər. “Təəssüflər olsun ki, məmurlar, yüksək vəzifəli şəxslər Prezidentin tövsiyələrinə əməl etmək əvəzinə dövlət büdcəsinin vəsaitlərini sağa-sola, lazımsız yerlərə xərcləyirlər, qiyməti 100-150 min manatlarla ölçülən maşınlarda gəzirlər, nəticədə büdcə boşalır. O pulu başqa yerlərə də yönəltmək olardı. Amma görürsüz ki, bu kimi məsələlər onları maraqlandırmır.

Hesab edirəm ki, Korrupsiya ilə Mübarizə İdarəsi belə hallarla mübarizə aparmalıdır, öz vəzifəsindən sui-isitifadə edən, büdcəni səmərəsiz, sağa-sola xərcləyən məmurlara qarşı cəza tədbirləri görülməlidir. Təəssüflər olsun ki, bizim məmurlar milyonlarla qiyməti olan villaları, bahalı həyatları, 100-150 minlik xidməti maşınları ilə gündəmə gəlirlər. Məmurlar bahalı maşınları ilə deyil, xalqa xidmətləri, təvazökar davranışları ilə bir-birilə yarışsınlar”-deyə E.İslamoğlu bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ