Daha bir ölkə USAİD (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) əleyhinə bəyanatla çıxış edib. Kubanın Xarici İşlər Nazirliyinin rəhbəri Bruno Rodriqes Parrilla teleqram kanalında bəyan edib ki, USAID həmişə Kubada konstitusiya quruluşunu sarsıtmaq üçün pərdə olub. Kubalı nazirin sözlərinə görə, agentlik 1998-1999-cu illərdə yüzlərlə qeyri-qanuni əməliyyatlar aparmaq üçün 6 milyon dollardan çox istifadə edib. 2001-ci ildən 2006-cı ilə qədər USAID kubalıları hədəf alan 142 qeyri-qanuni layihə və fəaliyyətə 61 milyon dollar ayırıb.
Mətləb