Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan və "Mülki müqavilə" partiyasının deputatı Qaqik Melkonyan məhkəməyə çağırılıblar. Erməni "Joğovurd" qəzeti bu məlumat yayıb. Q.Arsenyan və Q.Melkonyan məhkəməyə onlara məxsus ərazilərdə, həmçinin "Mülki müqavilə" partiyasının ofisi yaxınlığında partlayıcı qurğuların quraşdırılması işi ilə əlaqədar çağırılırlar. İstintaq başa çatıb və materiallar məhkəməyə göndərilib. Qeyd olunur ki, bu iş üzrə "Daşnaksütyun" erməni inqilabi federasiyasının üzvü Qaqik Sarkisyan həbs edilib və onun həbs müddəti mütəmadi olaraq uzadılır.
Mətləb