Türkiyə XİN Fransa Senatının absurd qətnaməsi ilə bağlı bəyanat yaydı

img

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) noyabrın 25-də Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 saylı qətnamənin qəbul edilməsi ilə bağlı bəyanat yayıb.

 Baki-xeber.com-un xəbərinə görə, bəyanatda bildirilir ki, Fransa Senatının Dağlıq Qarabağ münaqişəsi haqqında qəbul etdiyi məlum qətnamə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

“Qətnamədə qeyd olunan Türkiyəyə dair əsassız iddiaları isə qəti şəkildə rədd edirik. Fransa Senatının bu qərarı bitərəf olması zəruri olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin bugünə kimi məsələnin həll yolunu tapmamasının, tərəf tutmasının açıq izahıdır. Ermənistanın daha əvvəl Tovuzda, sonra Dağlıq Qarabağda nümayiş etdirdiyi təcavüzkar hərəkətlərinə və təxribatlarına Azərbaycan lazımi cavabı verib və təxminən 30 ildir işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın döyüş meydanında əldə etdiyini nəticə BMT qətnamələrinə söykənir”, - deyə bəyanatda bildirilir.

SAMİRƏ

Son xəbərlər