02/06/2020 04:42
728 x 90

Türkiyədə koronavirüs infeksiyasına yoluxan 2 tibb işçisi müalicə olunaraq işinə geri döndü

img

Rizədə yeni tip koronavirus infeksiyasının müalicəsi zamanı virusa yoluxan 2 tibb işçisi müalicə olunduqdan sonra alqışlarla xəstəxanadakı işlərinə geri qayıdıb.

Baki-xeber.com-un xəbərinə görə, Rəcəb Tayyib Ərdoğan Universiteti Təhsil və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsinin tibb işçisi, 43 yaşlı Əhməd Uysal və infeksiya şöbəsinin tibb bacısı, 35 yaşlı Dərya Yazıçı təxminən 15 gün əvvəl işlədikləri xəstəxanada COVİD-19 xəstəliyinin əlamətlərinin aşkar edilməsiylə əlaqədar müayinə edilib.

Müayinə zamanı analiz nəticələri pozitiv çıxan tibb işçiləri çalışdıqları xəstəxanada müalicə olunub. Təxminən 10 günlük müalicə aldıqdan sonra sağlamlıqlarına qovuşan Uysal və Yazıçı fədakarlıq nümunəsi göstərərək yenidən xəstəxanadakı işlərinə geri qayıdıblar. Tibb işçiləri xəstəxanadakı işlərinə qayıtdıqları ilk gün yoldaşları tərəfindən alqışlarla qarşılanıb.

Tibb bacısı Dərya Yazıçı 10 gün əvvəl verdiyi analiz nəticəsinin müsbət olduğunu öyrəndiyini ifadə edərək, “Təbii ilk olaraq hər kəsin yaşadığı kimi bir panika yaşadım və qorxdum. Sonra isə müalicəmə dərhal başlanıldı və qısa müddətdə sağlamlığıma qovuşdum. İndi özümü çox yaxşı hiss edirəm. Hər bir kəsə bu prosesin ümid olmasını istəyirəm. Lütfən qorxmayın və cəsur olun.” - deyə bildirib.

Tibb işçisi Əhməd Uysal da əvvəl panika yaşadığını, xəstəxanadakı müalicə müddətini tamamladıqdan sonra özünü karantinə aldığını dilə gətirib: “İndi çox yaxşıyam və sağlamam. Dəstək olan hər kəsə çox təşəkkür edirəm.” - deyib.

 

Son xəbərlər